Gürcüstanda NATO təlim mərkəzinin açılışı keçirilib

Gürcüstanda NATO təlim mərkəzinin açılışı keçirilib
# 27 avqust 2015 15:06 (UTC +04:00)

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, mərkəzi təntənəli şəkildə Gürcüstan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və NATO-nun baş katibi Yens Stoltenberq açıb. Tədbirdə rəsmi şəxslər və diplomatik korpus nümayəndələri iştirak edib. G. Marqvelaşvili, İ. Qaribaşvili, Y. Stoltenberq və Gürcüstanın müdafiə naziri Tina Xidaşeli tədbirdə nitq söyləyib.

G. Marqvelaşvili bildirib ki, Gürcüstan öz müdafiə qabiliyyətini gücləndirir. O, əsgərlərə müraciət edərək deyib ki, bu günə onlar öz qanları bahasına nail olublar. Baş nazir İ. Qaribaşvili isə qeyd edib ki, təlim mərkəzinin fəaliyyəti hansısa qonşu ölkəyə qarşı yönəlməyib. Y. Stoltenberq çıxışında bəyan edib ki, NATO Gürcüstana ümid edir və Gürcüstan da NATO-ya ümid edə bilər. Onun sözlərinə görə, Gürcüstan avroatlantik inteqrasiya yolu ilə irəliləmək üçün bütün lazımi vasitələrə malikdir: “Biz sizin həyata keçirdiyiniz islahatları, o cümlədən məhkəmə sisteminin islahatını çox diqqətlə izləyirik və tərəqqi olduğunu təsdiq edirik. Eyni zamanda, bu tərəqqinin davam etdirilməsinin zəruriliyini vurğulayırıq. Ciddi islahatlar yolunda biz sizə dəstək verməyə davam edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR