Gürcüstanın baş naziri fəlakət ərazisində olub - FOTO

Gürcüstanın baş naziri fəlakət ərazisində olub - <span style="color: red;">FOTO
# 15 iyun 2015 00:27 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir Svanidze küçəsində yaşayan ailələrə baş çəkib.

İ. Qaribaşvili tezliklə infrastrukturun bərpa olunmasının vacibliyini vurğulayıb: "Biz öz köməyimizi əsirgəməyəcəyik. Fəsadların aradan qaldırılmasının ilk mərhələsi üçün 10 milyon lari ayrılıb və lazımdırsa, yenə ayrılacaq".

Qeyd edək ki, iyunun 14-də Gürcüstan baş nazirinin birinci müavini Kaxa Kaladze və Tiflisin meri David Narimaniya leysan yağışların nəticəsində əmələ gələn fəsadların aradan qaldırılmasında iştirak ediblər.

Xatırladaq ki, iyunun 13-dən 14-nə keçən gecə saat 12.30 radələrində Gürcüstan paytaxtında baş verən güclü leysan yağışlar Tiflisdə bir çox fəsadlar törədib. Ümumilikdə, daşqın nəticəsində 12 nəfər ölüb, 24 nəfər itkin düşüb, 37 nəfər isə klinikalara yerləşdirilib. Fəlakət nəticəsində evsiz qalan ailələr isə otellərə və digər evlərə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR