Gürcüstanın müdafiə naziri leysan və doludan zərər görən Marneuliyə səfər edib - FOTO

Gürcüstanın müdafiə naziri leysan və doludan zərər görən Marneuliyə səfər edib - <span style="color: red;">FOTO
# 22 iyun 2015 10:38 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın müdafiə naziri Tina Xidaşeli güclü leysan yağışları və qasırğadan zərər çəkən Marneuliyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, müdafiə naziri səfər çərçivəsində Marneulidəki aviasiya briqadasına baş çəkib.

Naziri Baş Qərargah rəisi Vaxtanq Kapanadze, Hərbi Polis Departamentinin rəisi Serqo Dzaqnidze və digər şəxslər müşayiət edib.

Leysan və dolu Marneulidəki aviasiya bazasına da ciddi zərər vurub. Müdafiə nazirini qarşılayan aviasiya briqadasının komandanı, polkovnik David Abramişvili dəyən zərər və görülən işlər barədə məruzə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR