Gürcüstanın sabiq müdafiə naziri yeni vəzifəyə təyin edilib

Gürcüstanın sabiq müdafiə naziri yeni vəzifəyə təyin edilib
# 01 may 2015 10:02 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan müdafiə naziri vəzifəsindən azad olunan Mindia Canelidze Dövlət Təhlükəsizliyi və böhranların idarə edilməsi Şurasının katibi postuna təyin edilib.

APA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə baş nazir İrakli Qaribaşvili keçirdiyi brifinqdə məlumat verib.

Sabiq müdafiə nazirinə təşəkkür edən İ. Qaribaşvili onun vəzifəsindən azad olunması səbəbini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR