İngiltərədə təyyarənin qəzaya uğraması nəticəsində Usama bin Ladenin ailə üzvləri ölüb - VİDEO - YENİLƏNİB

İngiltərədə təyyarənin qəzaya uğraması nəticəsində Usama bin Ladenin ailə üzvləri ölüb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2015 08:15 (UTC +04:00)

APA-nın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, bu barədə bin Ladenin ailə dostları Amerikanın “NBC News” telekanalına deyiblər.

Onların sözlərinə görə, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.

Xatırladaq ki, İngiltərənin Hempşir qraflığında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Kiçik həcmli “Embraer Phenom 300” tipli mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Nəticədə pilot və təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.

***

saat 03.03

Bakı-APA. İngiltərənin Hempşir qraflığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.

Kiçik həcmli “Phenom 300” mülki təyyarə havaya qalxandan dərhal sonra yerə düşüb. Təyyarə maşın bazarının ərazisinə çırpılaraq partlayıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR