İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 7-9-da Vyanada keçiriləcək

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 7-9-da Vyanada keçiriləcək
# 19 mart 2014 10:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri aprelin 7-9-da Vyanada keçiriləcək.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Qeyd edək ki, hazırda İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri davam etdirilir. Danışıqlarda Ərak ağır su nüvə reaktoru, dinc məqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, yəni Birgə Fəaliyyət Proqramındakı addımlar və “altılıq” ölkələrinin üzərlərinə düşən öhdəliklərin ikinci bəndinin dördüncü maddəsi, sanksiyaların aradan qaldırılması, o cümlədən Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq nüvə silahlarının istehsalı və yayılması məsələləri müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR