İŞİD üzvləri Türkiyənin girovluqda saxladıqları baş konsulunu bir neçə dəfə güllələmək istəyiblər - FOTO

İŞİD üzvləri Türkiyənin girovluqda saxladıqları baş konsulunu bir neçə dəfə güllələmək istəyiblər - <span style="color: red;">FOTO
# 20 sentyabr 2014 14:12 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının girovluğundan xilas olunan 49 türk diplomatını ölkələrində baş nazir Əhməd Davudoğlu qarşılayıb.

APA-nın Türkiyənin CNNTürk kanalına istinadən verdiyi xəbərə görə, baş nazir girovluqdan azad edilmiş Mosuldakı baş konsul Öztürk Yılmazın üç dəfə alnından öpüb, ona təşəkkürünü bildirib.

Girovluqda olan diplomatların bildirdiklərinə görə, İŞİD üzvləri baş konsulu dəfələrlə güllələməklə hədələyiblər: "Baş konsulumuz çox böyük təhdidlərlə qarşılaşdı. İki-üç dəfə başına silah dirədilər, ondan açıqlama ilə çıxış etməsini istəyirdilər. Çıxışını kamera ilə çəkib yayacaqdılar. Başına silah dayadılar. "Vurun, amma Türkiyənin şərəfiylə, qüruruyla oynanmasına icazə vermərəm" deyib israr etdi".

Diplomatlar girovluqda olduqları zaman onlara edilən işgəncələr barədə danışmaq istəməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR