Bakı. Şəhriyar Əlizadə - APA. Ramazan bayramını İstanbuldan kənarda keçirmək istəyənlərin çox olması Atatürk Hava Limanında sıxlıq yaradıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sıxlıq nəticəsində hava limanının xarici xətlər terminalında və digər yerlərində uzun növbələr yaranıb.
“Türk Hava Yolları” bayram münasibəti ilə artan sərnişin tələbini qarşılamaq üçün daxili xətlərdə 61 əlavə səfər təşkil edib. Eyni zamanda “Onur” Hava Yolları İzmir, Dalaman, Antalya, Bodrum və Şimali Kipr Türk Respublikası xətləri təyyarələrində əlavə oturacaqlar təşkil edib.