İstanbulda 39 nəfəri öldürüb, 65 nəfəri yaralayan terrorçu paltarını dəyişərək qaçıb - YENİLƏNİB-1

İstanbulda 39 nəfəri öldürüb, 65 nəfəri yaralayan terrorçu paltarını dəyişərək qaçıb - <span style="color: red;">YENİLƏNİB-1
# 01 yanvar 2017 07:14 (UTC +04:00)

İstanbuldakı “Reina” gecə klubunda qətliam bir terrorçu tərəfindən törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, bir qətliam törədilib. Olayda həyatını itirən 39 nəfərdən 4-ü də “Reina” gecə klubunun işçiləridir. Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

***

saat 09.00

İstanbulda gecə klubunda törədilmiş terrorda ölənlərin sayı 39-a yüksəlib. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.

O, xəstəxanalarda 69 yaralının olduğunu da deyib.

***

saat 05.12

İstanbuldakı "Reina" gecə klubuna hücum nəticəsində 35 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin valisi Vasip Şahin bildirib.

Bundan əvvəl hücum zamanı iki nəfərin öldürüldüyü bildirilirdi.

Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.

***

saat 05.01

İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna hücum nəticəsində 2 nəfər ölüb, 20-dək şəxs yaralanıb

Santa Klaus geyimli naməlum silahlı şəxslər kluba daxil olaraq içəridəki insanlara açıb açılmayıb.

Məlumata görə, hücum edənlərdən biri hələ da binadanlardan birindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR