İstanbulda polis PKK üzvlərinə qarşı xüsusi əməliyyat keçirib

İstanbulda polis PKK üzvlərinə qarşı xüsusi əməliyyat keçirib
# 15 avqust 2015 09:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. PKK terror təşkilatının gənclər qolu YDG/H-yə qarşı İstanbulun 13 qəsəbəsində keçirilən əməliyyat çərçivəsində 15 nəfər saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyatda polis helikopterləri və Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları iştirak edib.

Polisindən saxlanılanların terror aktı törətməyə hazırlaşdıqları bildirilib.

Axtarış aparılan ünvanlardan xeyli sayda silah-sursat aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR