İtaliya Ukraynaya öldürücü silahların satılmasının əleyhinədir

İtaliya Ukraynaya öldürücü silahların satılmasının əleyhinədir
# 05 fevral 2015 10:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İtaliya Ukraynaya öldürücü silahların satılmasının əleyhinədir”.

APA-nın məlumatına görə, bunu İtaliya xarici işlər naziri Paolo Centiloni “Radio 24” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya silah satılması İtaliya və Avropa İttifaqının dəstək verəcəyi qərar deyil: “Biz Ukraynada separatçıların aqressiv hərəkətlərdən vaz keçməsinə nail olmalıyıq, habelə sanksiyalar yolu ilə Rusiyadan onları dayandırmağı tələb etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR