İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB

İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 29-a çatıb - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2017 02:18 (UTC +04:00)

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 29 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə nəticəsində 27 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, xilasedicilər qarın altından daha 2 nəfərin meyitini çıxarıblar. Bununla da xilasetmə əməliyyat başa çatıb.

Insident zamanı hoteldə dördü uşaq olmaqla 28 turist və 12 hotel işçisi olub. Əməliyyat nəticəsində 11 nəfər xilas edilib.

Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib. Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır.

***

03:27

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 27 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə nəticəsində 25 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, xilasedicilər qarın altından daha 2 nəfərin meyitini çıxarıblar. Beləliklə, hazırda 2 nəfər itkin düşmüş hesab edilir.

Davam edən xilasedici əməliyyat nəticəsində 11 nəfər xilas edilib. Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib. Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR