Kaxa Kaladze: “İnfrastrukturun bərpası istiqamətində lazımi işlər vaxtında görüləcək”

Kaxa Kaladze: “İnfrastrukturun bərpası istiqamətində lazımi işlər vaxtında görüləcək”
# 15 iyun 2015 07:24 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə bazar günü baş verən daşqın nəticəsində zərər çəkən ailələrin problemləri həll olunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən infrastrukturun bərpa olunması istiqamətində lazımi işlər vaxtında görüləcək.

Qeyd edək ki, təbii fəlakət zonasında sel suları altında qalan avtomobildən daha bir meyit tapılıb.

Bu gün səhər saatlarından Tiflisin Vake-Saburtalo rayonunda qəzalı vəziyyətdə olan binanın sakinlərinin evakuasiyasına başlanılıb. Rayon icra hakimiyyətinin başçısı Laşa Abaşidze bildirib ki, evakuasiya olunan sakinlər Tiflisdəki otellərə yerləşdiriləcək. Hazırda qəzalı vəziyyətdə olan binada 32 ailə yaşayır.

Onu da əlavə edək ki, bu gün Gürcüstanda dövlət bayraqları endirilib, qeyri-iş günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR