Ketrin Eşton İranın yeni prezidentinə məktub yazıb

Ketrin Eşton İranın yeni prezidentinə məktub yazıb
# 07 avqust 2013 07:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın yeni prezidenti Həsən Ruhaniyə məktub yazıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, K. Eşton məktubunda H. Ruhanini İran prezidenti seçilməsi münasibətilə təbrik edib, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin tezliklə başlayacağına ümidvar olduğunu bildirib: “Mən sizə bu məktubu yazmaqla bildirmək istəyirəm ki, İranın nüvə məsələsinin həlli yolunun tezliklə tapılması üçün rəsmi Tehranla “altılıq” ölkələri arasında danışıqları davam etdirməyə hazır olmalıyıq. Biz ən qısa zamanda Sizin vasitəçiliyinizlə yaxşı müzakirələr keçirəcəyimizin mümkün olacağını planlaşdırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR