Londonda 250 min nəfərin iştirakı ilə hökumətə qarşı nümayiş keçirilib

Londonda 250 min nəfərin iştirakı ilə hökumətə qarşı nümayiş keçirilib
# 20 iyun 2015 19:43 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, nümayişdə tək paytaxt London deyil, Britaniyanın müxtəlif bölgələrindən gələn etirazçılar da iştirak edib.

Nümayişçilər London Sitidən keçərək Trafalqar meydanına, oradan isə hökumət və parlament binasına üz tutublar.

Etirazçılar hökuməti sərt qənaət siyasəti aparılmasını, o cümlədən sosial təzminatlarla bağlı xərclərin azaldılmasını dərhal dayandırmağa çağırıblar.

Qeyd edək ki, bu gün hökumətə qarşı etiraz aksiyaları, həmçinin, Liverpul və Şotlandiyanın Qlazqo şəhərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR