Londonda metropoliten işçiləri tətil keçirir

Londonda metropoliten işçiləri tətil keçirir
# 05 avqust 2015 20:11 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, həmkarlar ittifaqı yenidən metropolitenin rəhbərliyi ilə razılığa gələ bilməyib.

24 saat ərzində Londonun bütün metro stansiyaları bağlı qalacaq. Metronun işləməməsi avtobus dayanacaqlarında uzun növbələrin yaranmasına səbəb olub. Bir çox sərnişinlər mənzil başına piyada getmək məcburiyyətində qalıblar.

Sentyabrın 12-dən etibarən Londonda bir neçə metro xətti sərnişinlərə gecə saatlarında da xidmət göstərəcək. Bununla əlaqədar həmkarlar ittifaqı təşkilatları işçilərin məvaciblərinin artırılmasını tələb edir. Bu, metropoliten işçilərinin iyul əvvəlindən sayca ikinci tətilidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR