NATO-nun baş katibi: "Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir"

NATO-nun baş katibi: "Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir"
# 25 yanvar 2018 18:10 (UTC +04:00)

Türkiyə Suriyada qüvvədən proporsional şəkildə istifadə etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Bütün ölkələr kimi, Türkiyə də özünümüdafiə hüququna malikdir. Lakin biz istərdik ki, bu proporsional və düşünülmüş şəkildə olsun”- deyə Yens Stoltenberq Madriddə səfəri çərçivəsində jurnalistlərə bildirib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR