NATO-nun baş katibi Gürcüstanda səfərdədir

NATO-nun baş katibi Gürcüstanda səfərdədir
# 26 iyun 2013 16:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün NATO-nun baş katibi Foq Rassmussen Gürcüstana səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün səfər çərçivəsində NATO baş katibinin Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşü olub. Görüşdən sonra onlar mətbuat konfransı keçiriblər. F. Rasmussen Gürcüstanda gedən proseslərə münasibət bildirib: “Gürcüstanın hansı səviyyədə olduğunu və onun irəliləyişini qiymətləndirmək üçün bizim bu gün və sabah imkanımız olacaq. Bizim ümumi məqsədimiz Gürcüstanın bütünlüklə Avroatlantik məkana inteqrasiya olunmasıdır. Əgər Gürcüstan lazım olan tələblərə cavab verərsə, bu ölkə mütləq NATO-nun üzvü olacaq”.

Jurnalistlərə açıqlamasında Rasmussen ölkədə payızda baş tutacaq prezident seçkilərinə də münasibətini bildirib: “Ümidvaram ki, bu il prezident seçkiləri yüksək standartlara uyğun baş tutacaq. Bu, Gürcüstanın demokratikləşdirilməsi üçün çox vacibdir və bu Gürcüstanın beynəlxalq rolunun artmasında həlledici əhəmiyyət kəsb edir. Biz sizə söz veririk ki, bu yolda NATO həmişə sizinlə birgə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR