NATO-nun baş katibi Rusiyanı qonşu dövlətlərin sərhədlərini pozmaqda ittiham edib

NATO-nun baş katibi Rusiyanı qonşu dövlətlərin sərhədlərini pozmaqda ittiham edib
# 01 fevral 2015 00:23 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə alyans rəhbəri “Le Figaro” nəşrinə müsahibəsində bildirib.

“Rusiya normaları və qonşularının sərhədlərini pozur. Bu ölkə hətta ciddi iqtisadi böhran zamanı müdafiə sahəsinə böyük vəsaitlər yatıraraq qoşunların müdafiə qabiliyyətini artırır”, deyə Yens Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, Rusiya ağır silahlar, tank, raket qurğuları, müasir havadan müdafiə sistemləri və hərbçilərini göndərməklə Donbas separatçılarına dəstək verir.

“Hərbi texnikanın bəzi növləri çox yenidir, separatçılar bu cür silahlara əvvəllər malik olmayıblar”, deyə alyans rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR