NATO-nun baş katibi Türkiyənin baş naziri ilə görüşəcək

NATO-nun baş katibi Türkiyənin baş naziri ilə görüşəcək
# 05 mart 2016 05:26 (UTC +04:00)

Bakı-APA. NATO-nun baş katibi Yens Stoltenberq martın 7-də Brüsseldə Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

NATO hələlik aparılacaq danışıqların mövzusunu açıqlamır, lakin “TASS”-ın əldə etdiyi məlumata görə, söhbət miqrasiya vəziyyətindən və Alyansın Egey dənizində miqrasiyanın monitorinqi ilə bağlı apardığı əməliyyatdan gedəcək. Belə ki, NATO-nun İkinci Hərbi-Dəniz Qrupunun tərkibindəki gəmilərin Türkiyənin ərazi sularına buraxılmasına dair məsələnin müzakirə olunacağı gözlənilir.

Davudoğlu Alyansın baş katibini martın 7-də Brüsseldə miqrant axını problemi ilə bağlı baş tutacaq Aİ liderləri ilə sammitin nəticələri barədə məlumatlandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR