Nino Burcanadze Marneuliyə səfər edib

Nino Burcanadze Marneuliyə səfər edib
# 17 avqust 2013 18:55 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin keçmiş sədri, hazırda “Demokratik Hərəkat – Vahid Gürcüstan” partiyasının sədri, Gürcüstan prezidentliyinə namizəd Nino Burcanadze Marneuliyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Nino Burcanadze azərbaycanlıların kompakt yaşadığı Qasımlı, Ağməmmədli, Qaçağan, Alget kəndlərində və gürcülərin yaşadığı Orconikidze kəndində kənd əhalisini narahat edən problemləri dinləyib. Bu gün o, Marneulinin mərkəzindəki “ATAHOLDİNQ” İdman Mərkəzində şəhər əhalisi və Qızılhacılı kənd sakinləri ilə də görüşərək şəhər əhalisinin problemləri ilə də yaxından tanış olub. Soydaşlarımızla görüşən Nino Burcanadze onların problemlərini yaxşı bildiyini və əgər prezident seçilərsə, onların həllinə çalışacağını bildirib. “Gürcüstanın problemləri çoxdur. Onun işğal olunan torpaq problemləri də var. Mən bu problemlərin həllinə çalışacağam.”

Qeyd edək ki, prezidentliyə namizəd Nino Burcanadze ilə görüşdə iştirak edən azərbaycanlılar onları narahat edən problemlərdən, o cümlədən sosial problemlərin həll edilməməsindən, torpağın əsil sahiblərinə verilməməsindən, becərilən məhsulun satışına imkan yaradılmamasından, içməli və suvarma suyun çatışmamasından, məktəb və digər problemlərdən söhbət açıblar.

Görüşdə N. Burcanadze ona verilən bütün sualları cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR