NTV rəhbərliyi üzr istəyib: “İnsanların güvəninə nail olmaq üçün çox çalışmalıyıq”

NTV rəhbərliyi üzr istəyib: “İnsanların güvəninə nail olmaq üçün çox çalışmalıyıq”
# 04 iyun 2013 14:02 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün NTV-də telekanalın bütün işçiləri və şərhçilərinin iştirakı ilə geniş toplantı keçirilib. Toplantıda NTV-nin baş direktoru Cem Aydın kütləvi aksiyalarla bağlı yayımların yanlış olduğunu söyləyərək üzr istəyib: “Balansı təmin etməyə çalışarkən səhv etdik, üzr istəyirik. İnsanların güvəninə nail olmaq üçün çox çalışmağımız lazım olduğunu bilirik. Bundan sonra işimizi ən doğru şəkildə yerinə yetirəcəyik”.

Xatırladaq ki, iyunun 3-də NTV-nin binası qarşısında minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. Telekanalın bir neçə işçisi rəhbərliyin siyasətinə etiraz əlaməti olaraq istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR