Putin Fransaya səfər edəcək

Putin Fransaya səfər edəcək
# 22 may 2017 15:54 (UTC +04:00)

Mayın 29-da Rusiya prezidenti Vladimir Putin Fransaya səfərə gedəcək.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında baş tutacaq. Dövlət başçıları I Pyotrun Fransaya Rusiya monarxı kimi ilk səfərinin 300 illiyinə həsr olunan sərgidə iştirak edəcəklər.

İkitərəfli görüş zamanı siyasi, ticarət-iqtisadi və mədəniyyət-humanitar sahələrdəki münasibətlər müzakirə olunacaq. Bundan başqa, aktual beynəlxalq və regional məsələlər, hər şeydən öncə beynəlxalq terrorçuluqla mübarizə sahəsində səylərin koordinasiyası, Suriya və Ukrayna münaqişələrinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR