Qasırğa nəticəsində Gürcüstana 6 milyon lari məbləğində ziyan dəyib

Qasırğa nəticəsində Gürcüstana 6 milyon lari məbləğində ziyan dəyib
# 28 mart 2013 12:15 (UTC +04:00)

Bakı – APA. Martın 24-də Gürcüstanda baş verən qasırğa nəticəsində ölkəyə 6 milyon lari (3,6 milyon dollara yaxın) məbləğində ziyan dəyib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin enerji və təbii ehtiyatlar naziri, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə qərargahın rəhbəri Kaxa Kaladze açıqlayıb. Xatırladaq ki, qasırğa nəticəsində Tiflis, Qori, Msxeta, Sameqrelo və Acarıstanda çoxlu sayda ev uçub və elektrik xətləri zədələnib. Acarıstanda 1 nəfər ölüb.

Bərpa işləri üçün vəsait baş nazirin ehtiyat fondundan ayrılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR