Roma Papasının Ermənistana səfəri gözlənilir

Roma Papasının Ermənistana səfəri gözlənilir
# 19 sentyabr 2014 07:53 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Roma Papası Fransisk Türkiyəyə gözlənilən səfərindən sonra Ermənistana da gedə bilər. APA-nın məlumatına görə, bu barədə “La Repubblica” qəzeti yazıb.

Qəzet bildirib ki, pontifik öz səfərləri çərçivəsində Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinə də toxunacaq.

Qeyd olunur ki, hələ Papa seçiləndən əvvəl argentinalı Fransisk Buenos-Ayresdəki erməni icması ilə isti münasibətlər saxlayıb və “erməni soyqırımı”nı XX əsrin “ilk soyqırımı” adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR