Rövnəq Abdullayev Gürcüstana səfər edəcək

Rövnəq Abdullayev Gürcüstana səfər edəcək
# 03 mart 2016 21:40 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Martın 4-də SOCAR prezidenti Rövnəq Abdullayevin Gürcüstana səfəri gözlənilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə SOCAR-ın Gürcüstan nümayəndəliyindən bildirilib.

Səfər çərçivəsində SOCAR prezidenti Gürcüstan hökumətinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək, bir sıra sənədlər imzalanacaq.

Səfər çərçivəsində Rövnəq Abdullayev Azərbaycan prezidentinin tapşırığı ilə Rustavi şəhərinə gətirilən 10 ədəd "Belarus" markalı traktoru Kvemo Kartli bölgə rəhbərliyinə təhvil verəcək.

Həmin gün azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Lecbəddin kəndində SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən yenidən bərpa olunan və bütün standartlara cavab verən 130 şagirdlik azərbaycandilli orta məktəb binasının açılışı olacaq.

Qeyd edək ki, martın 4-də Lecbəddin kəndində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin və Dağlıq Qarabağ müharibəsində döyüşlər zamanı qəhrəmancasına həlak olan Milli Qəhrəman Cəlil Əziz oğlu Səfərovun da abidəsinin bərpadan sonra açılışı olacaq. Eyni zamanda kənddə yeni tikilən futbol meydançası da istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR