Rusiya və ABŞ Suriyaya dair danışıqları fəallaşdırmaq barədə razılığa gəliblər

Rusiya və ABŞ Suriyaya dair danışıqları fəallaşdırmaq barədə razılığa gəliblər
# 18 iyun 2013 02:48 (UTC +04:00)

Bakı-APA. Rusiya və ABŞ Suriyaya dair sülh danışıqlarını fəallaşdırmaq və tərəfləri Cenevrədə keçiriləcək beynəlxalq konfransda masa arxasına əyləşməyə sövq etmək barədə razılığa gəliblər. APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə danışıqlardan sonra məlumat verib.

«Bəzi məsələlərdə bizim mövqelərimiz hələ də üst-üstə düşmür, lakin bizi zorakılığa, Suriyada qurbanların artmasına son qoymaq, problemi dinc yolla, o cümlədən Cenevrə danışıqları vasitəsilə həll etmək səyləri birləşdirir. Biz sülh danışıqları prosesini fəallaşdırmaq və Cenevrədə danışıqlar təşkil etmək barədə razılığa gəlmişik», deyə Putin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR