Saakaşvili: "Rusiyaya Ermənistan istiqamətində dəmir yolunun açılmasını təklif etmişdik"

Saakaşvili: "Rusiyaya Ermənistan istiqamətində dəmir yolunun açılmasını təklif etmişdik"
# 08 avqust 2013 01:32 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu “Rustavi 2” telekanalına müsahibəsində Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, gürcü tərəfi hətta Moskvaya konkret təkliflərlə nümayəndə heyətini göndəribmiş.

“Təkliflərin mahiyyəti ondan ibarət idi ki, Gürcüstan rəsmən NATO-dan və ABŞ-la dərin münasibətlərdən imtina edəcək. Əvəzində isə Rusiya Gürcüstan ərazilərinin qaytarılması məsələsində kömək etməli idi”, - deyə o vurğulayıb.

Saakaşvili bildirib ki, Rusiya rəhbərliyinə digər təkliflər də göndərilib. O qeyd edib ki, qaçqınların Abxaziyaya qaytarılacağı təqdirdə, Gürcüstan Rusiyanın Qaqra, Pitsunda və Suxumidəki iqtisadi maraqlarını, habelə aeroport və dəniz limanından istifadəni qanuniləşdirməyə hazır idi. Bundan əlavə Gürcüstan Rusiyaya dəmir yolundan istifadəni leqallaşdırmağı və onu Ermənistan istiqamətində açmağı təklif edib.

Saakaşvili onu da əlavə edib ki, Abxaziyanın statusu məsələsinin müzakirəsinə hazır olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR