Sabah Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları tətbiq olunacaq

Sabah Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları tətbiq olunacaq
# 11 sentyabr 2014 15:37 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları sabah tətbiq olunacaq.

APA - nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə razılıq Avropa ölkələrinin liderləri arasında baş tutan məsləhətləşmələrdən sonra əldə edilib.

Böyük Britaniya baş naziri Devid Kemeronun mətbuat katibi bildirib ki, Kemeron Avropa liderləri ilə telefon əlaqəsi saxlayıb.

Britaniyanın baş naziri Avropa Şurasının prezidenti Herman Van Rompey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İtaliya baş naziri Matteo Renzi ilə sanksiyaları müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR