Bakı-APA. Suriya münaqişəsinə “məhdud müdaxilə” Türkiyəni qane etmir. APA-nın “Hürriyet” nəşrinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.
ABŞ rəsmilərinin bəyan etdiyi “məhdud müdaxilə” variantı ilə razılaşmayan Ərdoğan hesab edir ki, Suriyadakı əməliyyat NATO-nun 1999-cu ildə Yuqoslaviyada keçirdiyi hərbi-hava əməliyyatına oxşamalıdır.
“Məhdud hərbi əməliyyatlar bizi qane etmir. Bu, Kosovodakı kimi əməliyyat olmalıdır”, -deyə Türkiyə baş naziri vurğulayıb.