Taner Yıldız: “Türkiyə qaz borularını yeni texnologiyalar vasitəsilə qoruyacaq”

Taner Yıldız: “Türkiyə qaz borularını yeni texnologiyalar vasitəsilə qoruyacaq”
# 04 avqust 2015 17:54 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Anadolu”ya müsahibəsində bildirib.

“Biz qabaqcıl texnologiyalardan istifadə etməklə boruların mühafizəsinin təmin olunması üzərində çalışırıq. Bu problem üzrə yol xəritəsi var və biz onu baş qərargahla birgə icra edirik. Ümid edirəm ki, borular daha təhlükəsiz olacaq” deyə Taner Yıldız bildirib.

Nazir əlavə edib ki, ötən həftə Kərkük-Ceyhan neft borusunda törədilmiş partlayış İraq hakimiyyətinin gəlirlərinin azalmasına səbəb olub. İraqdan yanacağın verilişi hələ də bərpa olmayıb.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Nazir Taner Yıldız kəmərdə partlayışın PKK-nın hücumu nəticəsində baş verdiyini bildirib.

Bundan əvvəl, iyulun 27-də isə Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR