Tbilisidə ticarət mərkəzində yanğın baş verib - YENİLƏNİB

Tbilisidə ticarət mərkəzində yanğın baş verib - <span style="color: red;">YENİLƏNİB
# 27 fevral 2018 07:11 (UTC +04:00)

Ötən gecə Tbilisidə Tsabadze küçəsində yerləşən “Terqi” ticarət mərkəzində baş vermiş güclü yanğının tam aradan qaldırılması üzrə işlər davam etdirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hazırda 35 yanğınsöndürən maşın hadisə yerindədir.

Yanğın nəticəsində 3 min kv. metrə yaxın sahənin yandığı bildirilir. Xəsarət alan olmayıb.

Mərkəzdə yerləşən ərzaq və paltar mağazalarının sahibləri mallarının sığortalanmadığını və yanğından onlara böyük ziyanın dəydiyini bildiriblər.

Yanğının başvermə səbəbi hələlik müəyyən olunmayıb.

***

03.51

Bu gecə Tbilisidə, “Terqi” ticarət mərkəzində güclü yanğın baş verib.

APA-nın "1tv.ge"-yə istinadən verdiyi xəbərə görə, alov ümumilikdə 2 min kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə 35 yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın nəticəsində zərərçəkən olmayıb. Hazırda yanğının lokallaşdırıldığı bildirilir.

Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR