Tiflisdə Qara Dəniz və Xəzər regionu ölkələrinin təhlükəsizliyinə dair illik simpozium keçirilir

Tiflisdə Qara Dəniz və Xəzər regionu ölkələrinin təhlükəsizliyinə dair illik simpozium keçirilir
# 20 may 2015 18:24 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə Qara Dəniz və Xəzər regionu ölkələrinin təhlükəsizliyinə dair illik simpozium başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın müdafiə naziri Tina Xidaşeli açıb. Simpoziumda Gürcüstan Müdafiə Nazirliyinin qərargah rəisinin müavini, polkovnik Roman Coxadze, ABŞ Müdafiə nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru, general-leytenant Vincent Styuart və başqaları çıxış edib.

Simpoziumda regional təhlükəsizlik, hərbi təhlükəsizlik məsələlərinin möhkəmləndirilməsi, hərbi kəşfiyyat xidmətləri, problemlər, çağırışlar və digər vacib məsələlər müzakirə olunacaq.

İki gün davam edəcək simpoziumda Qara Dəniz və Xəzər regionu ölkələrinin hərbi kəşfiyyat sahəsində çalışan səlahiyyətli nümayəndələri, hərbi attaşelər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Məlumata görə, tədbirdə Cənubi Qafqaz ölkələri də daxil olmaqla 10 ölkənin rəsmiləri iştirak edir.

Qeyd edək ki, hər il ənənəvi şəkildə keçirilən illik simpozium ilk dəfə 2006-ci ildə Vaşinqtonda keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR