Türkiyə baş nazirinin müavini hücuma məruz qalıb

Türkiyə baş nazirinin müavini hücuma məruz qalıb
# 16 avqust 2013 12:20 (UTC +04:00)

Bakı – APA. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Nevşehirdə hücuma məruz qalıb. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu gün Nevşehir vilayətinin Hacıbektaş rayonunda təşkil olunan “Hacı Bektaş-ı Vəli Anma, Kültür və Sənət” festivalında çıxış edən B. Bozdağ bir qrup şəxsin etirazı ilə üzləşib. Etiraz edənlər “Mustafa Kamalın əsgərləriyik!” şüarını qışqırıblar.

B. Bozdağ çıxışını tamamlayıb kürsüdən endikdən sonra ara qarışıb. Bir nəfər “buraya nə üzlə gəldiniz” deyərək baş nazirin müavinini yumruqla vurmaq istəyib. Polis əməkdaşları dərhal həmin şəxsi zərərsizləşdirib. Onun yerli qəzetdə çalışan 34 yaşlı Hüseyn Satı olduğu müəyyənləşdirilib. H. Satı saxlanılaraq polis idarəsinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR