Türkiyə Misirin devrilmiş prezidenti ilə təmas qurmağa çalışır

Türkiyə Misirin devrilmiş prezidenti ilə təmas qurmağa çalışır
# 21 avqust 2013 22:51 (UTC +04:00)

Misirdə hərbi çevrilişdən öncə Türkiyə nümayəndələrinin Qahirədə Məhəmməd Mursi ilə görüş keçirdiyi məlum olub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Kanal 24”ün qonağı olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib. O qeyd edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan Misirdəki məlum hadisələrdən bir neçə həftə öncə Türkiyə kəşfiyyatının rəhbərini Mursi ilə görüşə göndərib.

“Əslində mən də Qahirəyə getməyi düşünürdüm. Lakin ciddi börhan görüntüsünü yaratmamaq üçün bu fikirdən vaz keçdim”, - deyə o vurğulayıb.

Davudoğlu Ankaranın Misirin devrilmiş prezidentilə təmaslar qurmaq üçün səylərini davam etdirdiyini vurğulayıb: “Bunu ilk dəfə açıqlayıram: Mursi ilə görüşmək üçün indi də gizli diplomatiyamız davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR