Türkiyə otellərinin birində 70-dək rusiyalı turist zəhərlənib

Türkiyə otellərinin birində 70-dək rusiyalı turist zəhərlənib
# 05 avqust 2013 22:58 (UTC +04:00)

Bakı-APA. Türkiyənin kurort zonası olan Kəmərdə 70-ə yaxın rusiyalı turist zəhərlənib, onlardan 15-i xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosturizm”in açıqlamasında bildirilir.

“Rusiyanın Antalya şəhərindəki Baş Konsulluğun məlumatına görə, avqustun 3-də Beldibi qəsəbəsindəki “Qrand Rinq” otelində istirahət edən 69 rusiyalı turist tibbi yardım üçün müraciət edib. Onların hamısına “kəskin qastroenterit” diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Turistlərin bir qisminə ambulator yardım göstərilib, 15 nəfər isə Kəmər və Antalyanın xəstəxanalarına yerləşdirilib”, deyə açıqlamada bildirilir.

Xəstələrin bir qismi tibbi yardım aldıqdan sonra xəstəxanadan otelə buraxılıb.

“Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, vəziyyət ciddi nəzarətə götürülüb. Avqustun 3-də Antalya Səhiyyə İdarəsinin müfəttişləri sanitar-epidemioloji ekspertizası üçün oteldə verilən qida məhsullarından, hovuz və dənizdəki sudan nümunələr götürüb. Ekspertizanın nəticələri avqustun 6-ı məlum olacaq. Otelin bütün otaqlarında sanitar tədbirlər görülüb”, deyə qurumun açıqlamasında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR