Türkiyədə məhkəmə “Twitter”ə qadağanın aradan qaldırılmasına qərar verib - VİDEO

Türkiyədə məhkəmə “Twitter”ə qadağanın aradan qaldırılmasına qərar verib - <span style="color: red;">VİDEO
# 26 mart 2014 11:46 (UTC +04:00)

APA-nın “Hurriyet Daily News”a istinadən verdiyi məlumata görə, bu barədə qərar Ankara 15-ci İnzibati Məhkəməsi tərəfindən qəbul olunub.

Qeyd edək ki, Türkiyədə hökumətin tələbi ilə martın 21-də “Twitter” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

Buna etiraz olaraq Türkiyə Hüquqşünaslar Birliyi, Ankara Hüquqşünaslar Birliyi, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP-li millət vəkili Oqtay Vural Ankara 15-ci İnzibati Məhkəməsinə müraciət etmişdi.

Türkiyə Telekommunikasiya Başkanlığı qanunlara görə, məhkəmə qərarını dərhal icra etməlidir.

Bununla belə, Başkanlığın qərardan şikayət vermək hüququ var. Şikayət Bölgə İnzibati Məhkəməsinə verilə bilər. Lakin şikayət etməzdən öncə qərar icra olunmalıdır, başqa sözlə, Telekommunikasiya Başkanlığının “Twitter”-ə girişi əngəlləmək haqqı yoxdur. “Twitter”-ə giriş yalnız Bölgə İnzibati Məhkəməsinin müvafiq qərarından sonra bağlana bilər. Bu müddətdə Telekommunikasiya Başkanlığı “Twitter”-ə girişi açıq saxlamaq məcburiyyətindədir.

Konstitusiya Məhkəməsi də “Twitter” qadağası ilə bağlı müraciətlərə baxaraq, bu gün qərar verəcək.

Son olaraq CHP-nin başqan müavini Sezgin Tanrıkulu “Twitter” qadağasının götürülməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR