Türkiyədə PKK-çılar yol polisi idarəsinə hücum edib, 3 nəfər yaralanıb

Türkiyədə PKK-çılar yol polisi idarəsinə hücum edib, 3 nəfər yaralanıb
# 03 sentyabr 2015 04:08 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Elazığ şəhərində PKK silahlıları yerli yol polisi idarəsinə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 polis əməkdaşı yaralanıb.

Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR