Türkiyənin Dalyan kurort mərkəzində britaniyalı turist qadın qətlə yetirilib

Türkiyənin Dalyan kurort mərkəzində britaniyalı turist qadın qətlə yetirilib
# 11 sentyabr 2013 03:58 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Dalyan istirahət mərkəzində britaniyalı turist qadın En Büri odlu silhdan qətlə yetirilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində həmçinin qadının 2 qohumu yaralanıb.

56 yaşlı Yorkşir sakini icarəyə götürdüyü evin qarşısındakı bağda qohumları ilə ad gününü qeyd edərkən naməlum şəxsin tərəfindən açılan atəşdən ölüb.

Məlumata görə, qadının daha 2 qohumu isə güllə yaraları ilə xəstəxanaya çatdırılıb.

Yerli KİV-lərin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən 45 yaşlı şəxs saxlanılıb. Yaxın günlərdə onun məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Cinayətin motivləri məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR