Türkiyədə terror aktı törədilib, 9 nəfər yaralanıb

Türkiyədə terror aktı törədilib, 9 nəfər yaralanıb
# 13 iyun 2016 16:21 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Tunceli vilayətinin Ovacık bölgəsində ədliyyə məhkəməsi binası qarşısında partlayıcı qurğu olan nəqliyyat vasitəsi partladılıb.

APA-nın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Yaralananlardan ikisi polis, yeddisi isə mülki şəxsdir. Onlar dərhal xəstəxanaya çatdırılıblar və həyati təhlükələri yoxdur.

Hadisə yerində olan müşahidə kameralarından görünür ki, PKK terrorçusu park etdiyi nəqliyyat vasitəsindən düşərək oradan uzaqlaşıb. Nəqliyyat vasitəsi uzaqdan idarə olunan pult vasitəsi ilə partladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR