Brüsseldə Monteneqronun NATO-ya qəbulu ilə bağlı protokol imzalanıb

Brüsseldə Monteneqronun NATO-ya qəbulu ilə bağlı protokol imzalanıb
# 19 may 2016 17:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında Monteneqronun alyansa qəbulu ilə bağlı protokol imzalanıb.

APA-nın “Newsru”ya istinadən verdiyi məlumata görə, NATO baş katibi Yens Stoltenberq bu addımın Monteneqroya fayda verəcəyini və ölkə tarixində yeni səhifə açacağını bildirib.

O əlavə edib ki, bu addımdan sonra Monteneqro müşahidəçi qismində NATO-nun bütün toplantılarında iştirak edə biləcək.

Qeyd edək ki, NATO-ya üzv ölkələr protokolu ratifikasiya etdikdən sonra Monteneqro alyansının üzvü ola biləcək.

Monteneqro baş naziri Milo Djukanoviç bildirib ki, ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendumun keçirilməsinə ehtiyac görmür. Lakin o, referendumun keçiriləcəyini də istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR