Varşavada əsas yük terminalında zəhərli maddə sızması baş verib

Varşavada əsas yük terminalında zəhərli maddə sızması baş verib
# 08 iyul 2018 10:50 (UTC +04:00)

Bu gün Çexiyanın paytaxtı Varşavada Şopen adına aeroportda yerləşən əsas yük terminalında zəhərli maddə sızması baş verib.

APA-nın məlumatına görə, bu barədə "RMF FM" radiosu məlumat yayıb.

Yük terminalından 11 nəfər evakuasiya edilib. Həmin şəxslərdən 4-ü xəstəxanaya yerləşdirilib. Onlar baş ağrısı və ürəkbulanmadan şikayət edirlər.

Hazırda mütəxəssis qrupu maddə ilə bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR