Yeni il gecəsi Fransada 650 avtomobil yandırılıb

Yeni il gecəsi Fransada 650 avtomobil yandırılıb
# 01 yanvar 2017 22:37 (UTC +04:00)

Yeni il gecəsi Fransada naməlum şəxslər tərəfindən 650 avtomobil yandırılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.

“Ötən gecə ölkə ərazisində 650 avtomobil yandırılıb. Bir il bundan əvvəl, 2016-cı il, yanvarın 1-ə keçən gecə 602 maşın yandırılmışdı”, məlumatda qeyd edilib.

Eyni zamanda nazirlik son beş il ərzində yandırılan maşınların sayının 20% azaldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR