Yukiya Amano yenidən 4 il müddətinə AEBA-nın icraçı direktoru seçilib

Yukiya Amano yenidən 4 il müddətinə AEBA-nın icraçı direktoru seçilib
# 06 mart 2013 22:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Martın 6-da Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin iclası keçirilib. APA-nın məlumatına görə, yığıncaqda Yukiya Amano yenidən 4 il müddətinə agentliyin icraçı direktoru seçilib. İclasda rəsmi şəkildə heç bir seçki keçirilməyib, sadəcə AEBA İdarə Heyətinin üzvləri Y. Amanonun öz vəzifəsində qalmasını məqsədəuyğun sayıblar.

Qeyd edək ki, AEBA rəhbərliyinə bu ilin sentyabrında rəsmi qaydada seçki keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR