Yunker: “Ukrayna yaxın 20-25 ildə Aİ və NATO üzvü ola bilməyəcək”

Yunker: “Ukrayna yaxın 20-25 ildə Aİ və NATO üzvü ola bilməyəcək”
# 03 mart 2016 20:41 (UTC +04:00)

Bakı-APA. Ukrayna yaxın 20-25 ildə Aİ və NATO üzvü ola bilməyəcək.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bəyan edib.

 

“Şübhəsiz ki, yaxın 20-25 il ərzində Ukrayna Avropa İttifaqına qoşula bilməyəcək. Eyni zamanda, bu NATO-da üzvlüyə də aiddir”, deyə J-K.Yunker bildirib.

 

Haaqada, Norbert Şmelzer adına dinləmələrdə çıxış edən  Avropa Komissiyasının prezidenti bildirib ki, yeni üzvləri qəbul etməkdən əvvəl Avropa İttifaqına uzunmüddətli fasiləyə ehtiyacı var: “Bu, Balkan ölkələrinə şamil edilmir. Onlarla Avropa İttifaqı artıq üzvlük haqqında danışıqlar aparır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR