Xorvatiya Ukraynaya daha 30 milyon avro hərbi yardım ayırır

Xorvatiya Ukraynaya daha 30 milyon avro hərbi yardım ayırır
# 25 avqust 2023 01:35 (UTC +04:00)

Xorvatiya hökuməti Kiyevə 30 milyon avro məbləğində səkkizinci hərbi yardım paketinin ayrılması barədə qərar qəbul edib.

APA xəbər verri ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiya hökumətinin üzvləri cümə axşamı iclasın qapalı hissəsində Ukraynaya yardımı müzakirə ediblər.

Mətbuat xidməti yardımın ayrılması qərarını qısa şəkildə elan edib və detalları açıqlanmayıb.

Bununla da Xorvatiyanın ümumi yardımı təxminən 256 milyon avro olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR