Zelenski Baydenin Putinə təsir göstərə bilməməsindən şikayətlənib

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 14 dekabr 2021 15:10 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan danışıqlardan sonra da Ukrayna sərhədindəki Rusiya qoşunları geri çəkilməyib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bildirib.

Jurnalistin “Sizcə, Co Baydenin səsləndirdiyi “çox sərt iqtisadi sanksiyalar” hədələri Moskvanı dayandırmağa kifayət edir?” sualına cavabında Ukrayna Prezidenti qeyd edib ki, ABŞ və Rusiya liderlərinin danışıqlarından ölkə sərhədlərinin ətrafında olan hərbi qüvvələrin sayında azalma yoxdur.

O qeyd edib ki, gərginliyin yarana biləcəyi yer Azov dənizidir.

“Bütün bunlar dəyişməyə başlayanda arqumentlərin inandırıcı olduğunu deyə bilərik”, - Vladimir Zelenski əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR