Zelenski Fransa və Almaniyaya səfər edəcək

Zelenski Fransa və Almaniyaya səfər edəcək
# 15 fevral 2024 13:41 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski 16-17 fevral tarixlərində Fransa və Almaniyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

Zelenskinin Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.

Həmçinin qeyd olunub ki, 17 fevralda Zelenski Münhen Təhlükəsizlik Konfransı səhnəsində çıxış edəcək və konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR