Zelenski Milli Təhlükəsizlik Şurasının katibi Danilovu vəzifəsindən azad edib

Zelenski Milli Təhlükəsizlik Şurasının katibi Danilovu vəzifəsindən azad edib
# 26 mart 2024 17:48 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam Prezidentin internet saytında dərc olunub.

Prezident Zelenskinin digər sərəncamına əsasən isə Aleksandr Litvinenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR