Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb
# 23 fevral 2016 14:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün İçərişəhərdəki “Muğam klub”da ilk “Novruz mühazirəsi” keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil ekspertləri iştirak ediblər.

“Novruz mühazirələri”nin ilk görüşündə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Davamlı inkişaf yaşıl düşüncə kontekstində” mövzusundan bəhs edib.

U. Ələkbərov Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və dünyanın bir çox ölkələrində müvafiq mühazirələrin keçirildiyini deyib.

Akademik dünya ölkələrinin inkişaf göstəriciləri, innovativ inkişafa təsir edən amillər, Azərbaycanın davamlı inkişafı mövzuları ətrafında fikir və düşüncələrini bölüşüb.

U.Ələkbərov davamlı inkişaf sahəsində kadr potensialının formalaşması, inkişafın ölkə tarixindən asılılığı və innovativ idarəetmə: dövlət proqramlarının milli proqramlara transformasiyası məsələlərinə toxunub. O müvafiq sahələrdə Azərbaycan və bir sıra digər dünya ölkələri üzrə müqayisəli statistikanı təhlil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR